Azərbaycan prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfər edib.
AZƏRTAC-ın xəbərinə görə, Naxçıvan Beynəlxalq Hava Limanında onu muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
Prezident bu səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib.
Habelə, Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışına qatılıb.