Putini tənqid edən yazar evində ölü tapılıb

Vladimir Pribylovsky

►Putin dövrü Rusiyası barədə kitabın müəlifi Moskvada ölü tapılıb

Rusiyalı politoloq və publisist Vladimir Pribılovskiy Moskvadakı mənzilində ölü tapılıb. В Bu barədə onun həmkarı tarixçi Yuriy Felştinskiy Livejournalda məlumat verib.

Vladimir Pribılovskiy "Korporasiya: Prezident Putin zamanında Rusiya və KQB" kitabının həmmüəllifidir..

O həm də tərcüməçi, müxalifətçi, "Panorama informasiya - tədqiqat mərkəzinin prezidenti, "Antikompromat" internet nəşrinin rəhbəri, "Subtropiçeskaya Rossiya" ("Subtropik Rusiya") hərəkatının lideri idi. 40-dan çox kitabın müəllifi olan Pribılovskiy dəflərlə Radio Svobodanın (Azadlıq Radiosunun rus redaksiyası) efirində çıxış edib.

Buna da bax: Yumurtanın bahalanması toyuqların günahı deyil...

2007-ci ilin mayında prokurorluq əməkdaşları tərkibində dövlət sirri olan məlumatların açıqlanması maddəsi üzrə cinayət işi ilə bağlı Pribılovskinin evində axtarış aparıblar. Axtarış nəticəsində iki kompüter və içində Pribılovskinin "Korporasiya: Prezident Putin zamanında Rusiya və KQB" kitabının qaralaması və "Putinin silahdaşları" kitabı üçün yazılmış eskizlər olan məlumat daşıyıcıları götürülüb.

2009-cu ilin fevralında "Korporasiya: Prezident Putin zamanında Rusiya və KQB" monoqrafiyasının ingilis dilinə tam tərcüməsi Nyu Yorkda nəşr edilib. 2010-cu ilin mart ayında Pribılovskiy Rusiya müxalifətinə "Putin getməlidir" adlı müraciət ünvanlayıb.