Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub olub.
Dekabrın 7-də yer almış danışıqlarda Dağlıq Qarabağ və Donbasdakı vəziyyət müzakirə edilib.
İzvestiya qəzeti yazır ki, Merkel və Putin habelə koronavirusa qarşı vaksin və ŞimalAxını 2 qaz kəmərini müzakirə ediblər.
Xəbərdə deyilir ki, danışıqların ən əsas mövzularından biri Dağlıq Qarabağ olub.
Vladimir Putin Merkelə Rusiyanın sülhməramlı və vasitəçi missiyası barədə geniş məlumat verib.
Bu da qeyd olunur ki, tərəflər müharibə nəticəsində təsirlənmiş əhalinin problemlərinin həllinin ən ümdə vəzifə olduğu barədə razılığa gəliblər.