Rusiya prezidenti Vladimir Putin ABŞ-lı həmkarı Tonald Trump-ı Yeni il münasibətilə təbrik edib.
Putin Moskvanın, gündəlikdə duran ən geniş məsələlərlə bağlı ABŞ-la daloqa hazır olduğunu bildirib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Donald Trump-a məktubunda xüsusilə qeyd edir ki, Rusiya-ABŞ münasibətləri strateji sabitliyin təmin edilməsində vacib faktordur.
Putin keçmiş ABŞ prezidenti, kiçik Georgi Busha da təbrik məktubu göndərib.
Putinlə Trump 2018-ci ildə Helsinkidə görüşüblər. Bu ilin noyabrında Boenes-Ayresdə nəzərdə tutulan ikinci görüş isə iki gün qalmış Donald Trump tərəfindən təxirə salındı.
Həmin vaxt Rusiya Ukraynanın 3 gəmisini Qara dənizdə zəbt eləmişdi.
Birləşmiş Ştatlar getməkdə olan 2018-ci ildə bir sıra Rusiya şirkətləri və vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib.
Böyük biznesmenlər Oleg Deripaska ilə Viktor Vekselberq də onların arasındadırlar.
Vladimir Putin Böyük Britaniya kraliçası II Yelizavet və baş nazir Theresa May-də təbrik məktubu göndərib.
Qeyd edək ki, keçmiş rusiyalı casus Sergei Skripal və qızı Yuluyanın İngiltərənin Solsberi şəhərində zəhərlənmələrindən sonra Londonla Moskva arasındakı münasibətlər kəskin pisləşib.Britaniya buna görə 23 Rusiya diplomatını ölkədən çıxarıb. Həmçinin Moskva müvafiq addımlar atıb.
Putin həmçinin Roma Papası Francis, Yaponiya, Almaniya, Fransa və MDB ölkələri liderlərini Yeni il münasibətilə təbrik edib.
Amma ənənəvi olaraq Ukrayna və Gürcüstan liderləri Putindən təbrik məktubu almayıblar.