Putin ölkədə hərbi vəziyyət elan olunmayacağını deyir

Putin "Aeroflot" əməkdaşları ilə görüşür, 5 mart 2022

Rusiya prezidenti Vladimir Putin Rusiya ərazisində hərbi vəziyyət tətbiq etmək fikrində olmadığını bildirib.

Bu barədə məlumatlar sosial şəbəkələrin Rusiya seqmentində fəal şəkildə müzakirə olunurdu.

"Ölkədə hərbi vəziyyət xarici təcavüz zamanı, o cümlədən hərbi əməliyyatların konkret ərazilərində tətbiq edilir. Amma bizdə belə bir vəziyyət yoxdur və ümid edirəm ki, olmayacaq". Putin bunu Rusiya aviaşirkətlərin əməkdaşları ilə görüşündə deyib.

Ölkədə hərbi vəziyyət prezidentin qərarı ilə tətbiq edilir və Federasiya Şurası tərəfindən təsdiq edilir. Bundan əvvəl sosial şəbəkələrdə bu tədbirin yuxarı palata tərəfindən martın 4-də planlaşdırılmamış iclasında təsdiqlənə biləcəyi aktiv şəkildə müzakirə olunurdu.

Buna da bax: İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar

Əvəzində senatorlar Rusiyaya qarşı sanksiya böhranına cavab olaraq fövqəladə qanun layihələrini müzakirə ediblər. Daha sonra Rusiyaya qarşı sanksiya çağırışlarını, bu sanksiyaların icrasını və Rusiya ordusu haqqında yalan xəbərlərin yayılmasını cinayət hesab edən qanunvericiliyi təsdiq edilib.

Qadın pilotlarla görüşdə Putin bildirib ki, Ukraynaya müdaxilədən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalara toxunub. O, Qərb ölkələrinin Ukrayna üzərində mümkün uçuşa qadağan zonası tətbiqini müharibədə birbaşa iştirak adlandırıb.

“Bu istiqamətdə istənilən hərəkat bizim tərəfimizdən silahlı münaqişədə iştirak kimi qiymətləndiriləcək. Onun sözlərinə görə, “bunun bir anlayışı var” və o, uçuşa qadağa zonasının tətbiq olunmayacağına inanır. Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və NATO ölkələrini Rusiya aviasiyasının Ukrayna müharibəsində iştirakını qadağan edərək uçuşa qadağa zonası tətbiq etməyə çağırıb. Hələki bu çağırışa müsbət cavab verilməyib.

Buna da bax: ‘Greenpeace’-ə görə, Ukrayada Fukuşima fəlakətindən xeyli daha dəhşətli faciə meydana gələ bilər