ABŞ-ın Rusiyaya qoyduğu iqtisadi sanksiyalar Kremlə yaxınlığı ilə seçilən oliqarxları çətinə salıb.
Reuters agentliyi yazır ki, ABŞ-ın rus milyarder Viktor Vekselberqə qoyduğu sanksiyalar onun "Renova" qrupunun nəzarət etdiyi bəzi şirkətlərin dollar hesablarının bloklanması ilə nəticələnib.
Bu hesablarda 1,5-2 milyard dollar məbləğində pul var.
Bunlardan biri "Sulzer" maşınqayırma konsernidir. Həm bu konsern, həm də Avropadakı bəzi başqa şirkətlər sanksiyalar altına düşməmək üçün bundan öncə təcili şəkildə "Renova"da minlərlə səhmlərini almağa məcbur olmuşdular.
Buna da bax: Duma üzvləri ABŞ mallarına qadağa təklif edir