Rusiyalıların Prezidenti Vladimir Putinə inam səviyyəsi 53%-ə düşüb. Bu, 2012-ci ildən bəri minimum həddir. Bunu Levada mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb.
2012-ci ilin oktyabrında rəyi soruşulanların 51 faizi prezidentə inandığını demişdi. Bu göstəricidə 2017-ci ildən bəri azalma müşahidə olunur. O zaman respondentlərin 75 faizi Putinə inandığını deyirdi. Prezidentə ən böyük inam isə ondan iki il öncə qeydə alınmışdı – 80%.
Buna da bax: Putinə inam azalırƏn az və ən çox inanılan qurumlar
“Levada” təkcə prezidentə deyil, digər siyasi qurumlara da inamın azaldığını qeydə alıb. 2017-ci ildə Dövlət Dumasına 33% inandığını deyirdisə, indi 25 faizə düşüb. Dörd il qabaq hökumətə 35% respondent inandığını açıqlamışdı, indi bu göstərici 33%-dir.
Siyasi partiyalara inam 19%-dən 17%-ə düşüb.
Bu arada “Levada” son beş ildə kütləvi informasiya vasitələrinə inamın artdığını qeydə alıb. Bu göstərici 2016-cı ildə 27%-dən 2021-ci ildə 36%-ə yüksəlib.
Buna da bax: Dünyada Merkelə inam hələ də böyükdür – Qərb mediasıRusiyalılar həmçinin ən çox orduya (63%), xüsusi xidmətlərə (45%), kilsəyə və dini təşkilatlara (40%) və xeyriyyə təşkilatlarına (36%) inanırlar.
2017-ci ildə orduya inam 69%, FSB və digər xüsusi xidmətlərə isə 57% idi.
Rusiyalılar ən az siyasi partiyalara və dövlət Dumasına, iri biznesə (18%), həmkarlara (20%) və Federasiya Şurasına (25%) inanırlar.