Putini tənqid edən Kanada xokkeyçisini incidirlər

Aremi Panarin

Nyu Yorkun peşəkar xokkey komandası bildirib ki, hücumçu Artemi Panarin Vladimir Putinin kəskin tənqidçisi olduğuna görə Moskva tərəfindın hədəflənib.

Rusiyanın bulvar mətbuatında Panarinin guya on il əvvəl bir qadına təcavüz etməsi barədə “saxtalaşdırılmış hekayət” dərc edilib.

The New York Rangers komandası fevralın 22-də bəyan edib ki, bu xəbərlə bağlı Milli Xokkey Liqasının bir neçə rusiyalı oyunçusu məzuniyyətə çıxdığını bildirib.

Buna da bax: Putin və Lukaşenka 6 saat söhbət ediblər

Putini tənqid etmək

Rusiya prezidenti Vladimir Putini bundan əvvəl də tənqid etmiş Panarin ona qarşı iddiaları qətiyyətlə rədd edib.

Komanda bildirir ki, bu Rusiya hakimiyyəti tərəfindən Panarinə qarşı açıq-aşkar hücum kampaniyasıdır.

The Rangers komandası bunu da bildirir ki, Panarin ona qarşı əsassız ittihamların mənbəyinin üzə çıxarılması üçün əlindən gələni edəcək.

Sözü gedən xəbərə gəlincə isə onun mənbəyi Milli Xokkey Liqasının oyunçusu, bir müddət Panarinin məşqçisi olmuş Andrey Nazarovdur.

Buna da bax: Rusiya sosial şəbəkələri niyə bağlamır – Qərb mediası

2011-ci ildəki dava-dalaş indi yada düşüb

Nazarov fevralın 20-də Komsomolskya Pravda qəzetinə deyib ki, Panarin 2011-ci ildə Latviya paytaxtı Riqadakı barlardan birində bir qadına bir neçə güclü zərbə endirərək onu yerə yıxıb.

Nazarov iddia edib ki, Latviya hakimiyyət orqanları bu insidentlə əlaqədar bilərəkdən heç bir cinayət işi qaldırmayıb.

Nazarov bu barədə nə üçün məhz indi danışmasının səbəbi olaraq deyib ki, o Panarinin Rusiya hökuməti barədə son vaxtlar səsləndirdiyi tənqidlərlə razı deyil.

Panarin özünün son çıxışlarında müxalifətçi Aleksey Navalnının həbsi ilə bağlı eriraz bildiridi.

Panarin Milli Xokkey Liqasında 2015-ci ildən çalışır və Pangers komandasının mübahisəsiz lideridir.

Xokkeyçi son illərdə Rusiyadakı hazırkı vəziyyəti və şəxsən prezident Vladimir Putini tənqid edirdi.

Panarin bildirmişdi ki, Putin artıq bir insan kimi yaxşı və pisin nə olduğunu bilmir.

Panarin demişdi ki, o birr rus kimi ölkdəki qanunsuzluqlardan narahatdır.