Krımda Rusiya prezidenti Vladimir Putinin divarüstü şəkli təhqiramiz qraffiti ilə lağa qoyulub.
Naməlum şəxslər portretdəki Putinin qoluna Federal Təhlükəsizlik Xidmətini (FTX) “qancıq” adlandıran mətn yazıblar.
İlhaq olunmuş Krımın mərkəzi şəhəri Simferopoldakı bir yaşayış binasının divarına çəkilmiş portretəəlavə edilmiş trafaret üslublu yazılar mayın 21-də peyda olub.
Portretdə Putinin əynindəki mavi rəngli dənizçi köynəyinin qolunda yazılıb: “FTX, oynayaq? E2 – E4. İndi sənin gedişindir, qancıq”.
Rus dilində “qancıq” (suka) sözünün daha bir mənası “xəbərçi”, özəlliklə də xüsusi orqanlara işləyən “xəbərçi” deməkdir.
Binanın həndəvəri polis və mülki geyimli təhlükəsizlik zabitləri tərəfindən dövrəyə alınıb.
E2 - E4 şahmat oyununda ən populyar başlanğıc gedişlərdən biridir. Keçmiş Sovet İttifaqında yaşamış insanlar bu qraffitinin 1928-ci ildə İlf və Petrov tərəfindən yazılmış “On iki stul” satirik povestinə işarə olduğunu bilirlər.
Putin FTX-yə 1998-99-cu illərdə başçılıq edib və bundan əvvəl uzun müddət bu qurumun xələfi olan DTK-nın zabiti olub.
Buna da bax: Putinə daha bir ‘başdaşı’ qoyulubQraffitidə həm də “Krımın Müstəqilliyi – Suveren Krım Telegram-Partiyası” sözləri var.
Bu, Telegram şəbəkəsində çox da geniş tanınmayan qrupun ünvanıdır. Bu hesab aprel ayında yaradılıb.
Özlərini bu qrupun nümayəndələri kimi təqdim edənlər Telegram platformasında AzadlıqRadiosu ilə əlaqəyə giriblər və deyiblər ki, divar şəklinə ölçüləri 100X150 sanitemetr olan qraffito mayın 21-də əlavə edilib.
Onlar deyiblər ki, məqsədləri Krımı hər hansı ölkəyə bağlı olmayan müstəqil ərazi etməkdir və belə aksiyaları gələcəkdə də həyata keçirməyi planlaşdırırlar.
Rusiya Krımı 2014-cü ilin martında uniformalarında heç bir nişanları olmayan əsgərlərlə ilhaq edib. Bununla paralel Krımda bu ərazinin Ukraynadan qoparılıb Rusiyaya birləşdirilməsinə dair qanunsuz referendum keçirilib.
İnsan haqları qrupları və Qərb hökumətləri Krımın ilhaqını tanımırlar və bildirirlər ki, ilhaqdan sonra bu ərazidə yaşayan və Moskvaya etiraz edən yerli Krım tatarlarına qarşı repressiyalar tətbiq olunur.