-
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildiyini bildirib. O, bu barədə Facebook hesabında yazıb.
Xaliq Məmmədov qeyd edir ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib:
“Tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyət də fəaliyyətini davam etdirəcəkdir”, - vitse-prezidnt bildirib.
Buna da bax: Qafqaz Universitetinin qarşısından canlı yaym (Azadlıq Radiosunun Facebook səhifəsində)
Bir neçə il əvvəl Azərbaycanda fəaliyyət göstərən Çağ Öyrətim məktəblərinin bəziləri Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan Azərbaycan Beynəlxalq Təhsil Mərkəzininə verilmişdi.
Buna da bax: 'Zaman-Azərbaycan' qəzeti də dayandı
O zaman yerli media Çağ Öyrətim məktəblərinin ABŞ-da yaşayan Fətullah Gülən-ə bağlı olduğuna görə Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın istəyi əsasında bağlandığını yazmışdı.
Xaliq Məmmədov AzadlıqRadiosuna müsahibəsində bildrimişdi ki, «Çağ Öyrətim»in tərkibindəki bütün türk məktəbləri Beynəlxalq Təhsil Mərkəzinin tərkibində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinn tərkibinə daxil edilib.
O vaxt vitse-prezident bunu onunla əsaslandırmışdı ki, "Çağ Öyretim" rəhbərliyi türk məktəblərin Beynəlxalq Təhsil Kompleksinn tərkibinə daxil edilməsini könüllü istəyib.
SOCAR Beynəlxalq Təhsil Mərkəzinin əsas sponsorudur. (Ardı aşağıda)
Buna da bax: "Çağ Öğretim" bağlandı, "Kaspi" dalğalandı
Sizin brauzer HTML5-i dəstəkləmir
«Çağ Öyrətim»də təhsili yarımçıq qalan şagirdlər harada oxuyacaqlar?
Sizin brauzer HTML5-i dəstəkləmir
21-ci əsrin robot Məşədi İbadı - Qafqaz Universitetinin tələbələri hazırlayıb
Sizin brauzer HTML5-i dəstəkləmir
***
Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
Təhsil Nazirliyindən APA-ya bildirilib ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olduqdan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyitərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.
Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Azərbaycan mətbuatında tez-tez Qafqaz Universitetinin Fətullah Gülənlə əlaqəsi olduğu yazılır.
Son günlər Türkiyədə baş verən hadisələrdə prezident R.T. Erdoğan ABŞ-da yaşayan ruhani Fətullah Güləni ittiham edir.
Bundan əvvəl Fətullah Gülənlə əlaqəsi olduğu deyilən Türk Liseyləri, hazırlıq kursları da Azərbaycanda bağlanmışdı.
Həmçinin izləyin: AzadlıqRadiosu Youtube Kanalıdan günün xəbərləri:
Azərbaycan konsitutsiyası niyə dəyişdirilir?