Bu gün, iyunun 20-də futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Püşkatmada Azərbaycanın futbol üzrə çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşib. Azərbaycan çempionu bu mərhələdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşacaq. Ağdam klubu ilk matçı səfərdə keçirəcək.
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-12-də baş tutacaq. Cavab oyunları bir həftə sonra təşkil olunacaq.
"Qarabağ" Çempionlar Liqasında qruplara düşmək üçün "Linkoln"dan başqa daha üç klubu da mübarizədən kənarlaşdırmalıdır.