Bir neçə gün əvvəl Azərbaycanın Qarabağ bölgəsinə hələk olan iki erməni hərbçisinin meyitini iyulun 1-də Beynəlxalq Qırmızı Komitəsi Laçın nəzarət buraxılış məntəqəsindən keçməklə Ermənistana aparıb. Bu barədə Azadtutyun məlumat yayıb.
***
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bu barədə məlumatı iyunun 29-da separatçı rejimin “ombudsmanı” kimi təqdim etdiyi Geğam Stepanyandan aldığını yazır.
Azatutyun bildirir ki, bu iki hərbi qulluqçu Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı erməni mövqelərini artilleriya atəşinə tutması nəticəsində həlak olub.
Xəbərdə deyilir ki, iyunun 28-də baş vermiş insidentdə “dörd Qarabağ döyüşçüsü” həlak olub.
Stepanyanın sözlərinə görə ölənlərdən biri – 20 yaşlı Samvel Torosyan Xankəndi sakinidir, amma valideynləri onun Yerevandakı “Yerablur” hərbi qəbirstanlığında dəfn olunmasını istəyirlər.
Digər həlak olmuş hərbçinin – 20 yaşlı Yervand Tadevosyanın keçmiş Laçın sakini olduğu, lakin 44 günlük müharibədən sonra Ermənistanda yaşadığı bildirilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Köhnə mübahisə
Azatutyun yazır ki, Stepanyan Azərbaycan tərəfinin bu iki hərbçinin Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olduğuna dair iddialarını rədd edib və bunu “növbəti manipulyasiya” adlandırıb.
Stepanyan əlavə edib ki, bu məsələni Rusiya sülhməramlıları vasitəsilə həll etməyə çalışsalar da nəticə əldə olunmayıb.
Stepanyanın bu məqsədlə Beynəlxalq Qırmızı Xaça da müraciət etdiyi bildirilir.
Bu hadisə barədə Azərbaycan tərəfi hələ ki, açıqlama verməyib, lakin bundan əvvəl Bakı Yerevanı öz hərbçilərini Qarabağ ərazisindən çıxarmamaqda ittiham edib.
Yerevan bu ittihamı qəbul etmir və iddia edir ki, Ermənistan hərbçiləri Qarabağ ərazisindən tam çıxarılıb, orada qalanlar isə “Qarabağ müdafiə ordusunun” hərbçiləridir.
Azərbaycan isə bu cavabı rədd edir və üstəlik bildirir ki, Qarabağ ərazisindəki bütün silahlılar qanunsuz hərbi birləşmədir.
Buna da bax: Vaşinqton danışıqları başa çatdı. Blinken: 'İşin ağırı hələ qabaqdadır'Xatırlatma
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.