Qazaxıstan Avrasiya İttifaqında yalnız rubldan istifadəyə qarşıdır

Qazaxıstanın enerji naziri Bolat Aqşolaqov deyib ki, Rusiya qazı üçün ödənişin Mokvanın tələb etdiyi kimi yalnız rublla edilməsi düzgün deyil

Qazaxıstanın enerji naziri Bolat Aqşolaqov deyib ki, Rusiya qazı üçün ödənişin Mokvanın tələb etdiyi kimi yalnız rublla edilməsi düzgün deyil və bu məsələdə ölkələrə valyuta seçimi verilməlidir.

Nazir oktyabrın 21-də jurnalistlərə deyib ki, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində ödənişlər yalnız rublla məhdudlaşmamalıdır.

Buna da bax: Prezident: 'Müxtəlif ölkələrdə yaşayan qardaşlarımızı dəstəkləyəcəyik'

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra Avropa və Qərbin sanksiyaları ilə üzləşdiyindən Rusiya qazı üçün ödənişlərin yalnız rublla edilməsini tələb etmişdi.

Vladimir Putinin bu barədə imzaladığı fərmandan əsas məqsəd Rusiya banklarını Qərbin sanksiyalarının altından çıxarılması idi.

Valyuta seçmək azadlığı

Aqşolaqov bu barədə deyib:

"Bizim mövqeyimiz belədir ki, bu seçimi partnyorların özləri etməlidirlər. Bu, ikitərəfli sazişlərin kommersiya şərti olmalıdır. Rusiya qazı alan tərəf ödənişi istədiyi valyuta ilə edə bilməlidir. Bu, valyuta seçmək azadlığıdır”.

Aqşolaqov bildirib ki, Rusiya Avrasiya İttifaqının neft və qaz üçün gələcək vahid bazarında rubldan istifadə olunmasını təklif edib və vahid bazar yaradılması təklifi hazırda müzakirə olunur.

Avrasiya İqtisadi İttifaqına həm də Ermənistan, Belarus və Qırğızıstan daxildir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Müharibədə həlak olanların ailələri yetərincə diqqət görürmü?

Avrasiya İqtisadi İttifaqının ikinci iqtisadiyyatı

Ötən mart ayında Moskva ona sanskiyalar qoymuş Qərb ölkələrinə Rusiya qazı üçün ödənişi yalnız rublla etmək tələbi irəli sürmüşdü.

Bundan məqsəd həm Rusiya enerji təchizatı aktivlərinin dondurulmasının qarşısını almaq, həm də ABŞ dollarının qlobal rolunu azaltmaq idi.

Aİİ-nin digər üç üzvü – Belarus, Ermənistan və Qırğızıstan Rusiya qazı üçün ödənişin rublla edilməsinə razılaşıblar.

Bu ittifaqda ikinci böyük iqtisadiyyat olan Qazaxıstan Rusiyaya qaz ixrac etməklə yanaşı, həm də özünün şərq regionları üçün Rusiyadan qaz idxal edir.