Qazaxıstanın qərbindəki Manqıstau vilayətinin rəsmiləri həftəsonu Xəzər dənizinin sahilində nəsli kəsilməkdə olan 64 suiti və beş böyük nərə balığı tapıldığını deyirlər.
Sizin brauzer HTML5-i dəstəkləmir
İddialar
Manqıstau regional balıqçılıq müfəttişliyinin mayın 16-da bildirdiyinə görə, heyvanların hamısı Şevçenko limanı yaxınlığında aşkarlanıb və tələf olma səbəbinin müəyyənləşdirilməsi üçün test olunmağa aparılıb.
Təxminən üç həftə öncə hakim orqanlar həmin ərazidə 94 ölü suitinin tapıldığını deyirdilər. O zaman açıqlanmış məlumata görə, heyvanların parçalanmış vəziyyəti onların üzərində hər hansı ekspertizanın aparılmasına imkan verməyib.
Mayın 4-də Qazaxıstanın Ekologiya naziri Serikqali Birekeşev suitilərin kütləvi tələfatına Şimal Xəzər Əməliyyat Şirkətinin fəaliyyətinin səbəb ola biləcəyi haqda iddiaları rədd edib. Bu şirkət Xəzərdə neft quyuları qazır.
Sizin brauzer HTML5-i dəstəkləmir
70 mindən də az
Xəzər suitisi dünyanın ən böyük qapalı su hövzəsində yaşayan yeganə məməlidir.
Bu nəsli kəsilməkdə olan heyvanlar normadan artıq ovlanma, sənaye çirklənməsi riskilə üzləşiblər. 20-ci əsrin əvvəlində 1 milyondan çox suiti vardısa, indi onların sayı 70 mindən də azdır.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birlik 2008-ci ildə suitini təhlükədə olan növ kimi tanıyıb. Suiti ötən il Rusiyadan nəsli kəsilməkdə olan növlərin Qırmızı Kitabına salınıb.
Xəzər dənizində nəhəng neft-qaz ehtiyatları var, sahil dövlətləri Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistandır.
Hidrokarbon hasilatının yaratdığı çirklənmə və su səviyyəsinin azalması bir çox yerli növlərə təhdid yaradır, dənizin özünün gələcəyini riskə atır.