Mətbuat Günü öncəsi prezidentdən qəzetlərə bir milyon manat

Milli Mətbuat Günündən qabaq qəzetlərə dövlət büdcəsindən ümumilikdə 1 milyon manat birdəfəlik maliyyə yardımı ayrılacaq.

Prezident İlham Əliyev bu gün, iyulun 16-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamın ölkədə nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə verildiyi qeyd edilir.

Sərəncama əsasən, həmin vəsait prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan ayrılacaq.

Hər il iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 143 il əvvəl həmin gün Azərbaycanda ilk müstəqil qəzet “Əkinçi” işıq üzü görüb.