Koronavirusa yoluxmuş Qırğızıstan parlamentinin keçmiş spikeri Mukar Cholponbaev mayın 24-də respublika xəstəxanasının infeksiya şöbəsində vəfat edib. Bu barədə ölkədəki operativ qərargah məlumat yayıb.
Cholponbaev xəstəxanaya mayın 5-də gətirilib. Mayın 12-dən reanimasiya şöbəsinə yerləşdirilən keçmiş spiker iki gün sonra süni nəfəs apatarına qoşulubmuş. Operativ qərargahın açıqlamasında qeyd olunur ki, koronavirus fonunda Cholponbaevdə bir sıra ağırlaşmalar, ikitərəfli sətəlcəm və tənəffüs çatışmazlığı olub. Bundan başqa onun ürək, böyrək və qan damarlarında da problemlər olub.
70 yaşlı Mukar Cholponbaev 1995-1996-cı illərdə Qırğızıstan parlamentinin spikeri olub.
Rəsmi məlumata görə, Cholponbaev Qırğızıstanda COVİD-19-dan vəfat edən 15-ci adamdır.