2021-ci ildə Azərbaycanda 61.5 min unsiya qızıl hasil edilib. Bu, ötən illə (60 min) müqayisədə 2 faiz çoxdur.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə "AzerGold" QSC İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
O bildirib ki, başa çatmaq üzrə olan bu il ərzində 135 min unsiyadan çox gümüş hasil edilib. Bu da ötən illə (121 min) müqayisədə 11 faiz artıqdır.