Qlobal istiləşmə-Alp dağlarının yamacları qar əvəzinə kaktuslarla örtülür

Opuntia kaktusları

Qlobal istiləşmə ilə əlaqədar İsveçrənin Vale kantonunda Alp dağlarının yamaclarında tikanlı armud kaktusları (Opuntia kaktusları) böyüyüb.

Artıq bu növ kaktusların bitki örtüyünün üçdə birini təşkil etdiyindən mütəxəsislər bunu biomüxtəlifliyə təhdid hesab edirlər.

Buna da bax: Ölkələr iqlim öhdəliklərinə əməl etmir. Planeti nə gözləyir

Kaktuslar haqqında hesabat hazırlamaq tapşırığı alan geologiya professoru Peter Baumqartnerin sözlərinə görə, sözügedən kaktuslar -15 ° C-ə qədər olan temperatura asanlıqla dözür, lakin bu növ kaktusların quru yerlərə ehtiyacı var və "qar örtüyünü sevmir".

İtaliyalı alimlərin son araşdırmasına görə, qar Alp dağlarını təxminən bir ay əhatə edir ki, bu da "son altı əsrdə görünməmiş" tarixi orta göstəricidən azdır.

İsveçrə Federal Meteorologiya və Klimatologiya İdarəsinin məlumatına görə, 1970-ci ildən bəri 800 metr yüksəklikdəki dağlarda qarlı günlərin sayı iki dəfə azalıb. İsveçrədə istiləşmə artıq 2,4°C-yə qədər sürətlənib.

Buna da bax: İqlim dəyişikliyi: istilər, meşə yanğınları güclənir

Məlumatda o da vurğulanır ki, biomüxtəlifliyi təhlükə altına alan bu növ kaktuslar 18-ci əsrin sonlarına yaxın Şimali Amerikadan İsveçrəyə gətirilib. Kaktusların genişlənməsi İsveçrənin daha iki kantonunda, eləcə də İtaliyanın vadilərində müşahidə olunur.

Hətta kaktusların təmizlənməsi ilə bağlı tezliklə kampaniyanın başlanacağı bildirilir. Amma o da qeyd olunr ki, bu növ kaktusları tam yox etmək yox, yalnız yayılmasını məhdudlıaşdırmaq olar.