Amerikanın fond birjalarında ticarət martın 12-də açıldıqdan 5 dəqiqə sonra əsas indekslərin kəskin düşməsi ilə əlaqədar avtomatik dayanıb.
Sənaye indeksi olan Dow Jones 7,02 faiz düşüb.
Nasdaq Composite fond indeksi 6,60, ABŞ-ın 500 ən böyük şirkətinin daxil olduğu S&P 5006,55 faiz düşüb.
Səhmlərinin qiymətləri ən çox düşən kruiz laynerlərinin əməliyyatçısı olan şirkətlər, məsələn Royal Caribbean şirkətidir. Bu şirkətin səhmləri 24, 3 faiz, Norwegian Cruise Lines şirkətinin səhmləri isə 20,4 faiz ucuzlaşıb.
Ticarət 15 dəqiqədən sonra bərpa olunsa da indeks göstəriciləri yaxşılaşmayıb.
Dow Jones 9, S&P 500 — на 8,3, NASDAQ — 7,39 faiz düşüb.
Buna da bax: 'Azərbaycan iqtisadiyyatı xarici şoklara açıqdır'
Neftin və qızılın qiyməti düşür
Nyu York Federal Ehtiyat Fondu bankların likvidliyinin təmin edilməsi üçün maliyyə bazarına müdaxilə edib.
Bu, ABŞ Federal Ehtiyatlarının bu həftə elan etdiyi üçüncü müdaxilədir.
Dolların dəyərinin nizamsız qalxması bazardakı gərginliyin daha bir göstəricisinə çevrilib.
Neft qiymətlərinin düşməsi davam edib. Hazırda Brent markasından olan neftin bir barreli 32, 9 dollardır.
Qızılın qiyməti 3 faiz düşüb və hazırda 1 unsiya 1585 dollara bərabərdir.
Sənaye əhəmiyyətli metalların qiymətlərində də ciddi azalmalar var.
Buna da bax: 'Azərbaycan iqtisadiyyatı xarici şoklara açıqdır'
Birjalar Trump-dan daha geniş tədbirlər gözləyirdi
Martın 11-də xalqa müraciətində ABŞ prezidenti Donald Trump Avropadan Birləşmiş Ştatlara səfərlərə məhdudiyyət qoyulduğunu elan edib.
Reuters agentliyi bildirir ki, birjalar prezidentdən daha geniş addımlar gözləyirdi.
Neft qiymətlərinin düşməsi və koronavirus pandemiyasının elan edilməsi dünya bazarı üzərinə təzyiqləri artırmaqda davam edir.
Pensilvaniyadakı Penn Mutual Asset Management firmasından Zhiwei Ren deyib ki, indi resessiya riski tamamilə realdır.
Lakin hazırkı meyllərin qarşısının alınmasının və beləliklə də qlobal resessiyadan yan keçilməsinin hələ də mümkün olduğunu düşünən ekspertlər də var.
Avropa birjalarında da əsas səhm göstəriciləri düşüb.