Qoyunla insanın qarışığı

İllüstrasiya

Stanford Universitetinin alimləri qoyun embrionuna insan hüceyrələrinin yeridilməsi ilə bağlı araşdırmalar aparırlar.

Bu, çox mübahisəli bir araşdırmadır və bəzi mütəxəssislər bunun etik olmadığını düşünürlər.

Stanford alimləri ona görə qoyunu seçiblər ki, bu heyvanın daxili orqanları təxminən insan orqanları boydadır.

Məqsəd odur ki, qoyunun orqanizmində insan əzalarının yetişdirilməsinin mümkün olub-olmadığı öyrənilsin.

Bundan qabaq Kaliforniya Universitetinin alimləri eyni təcrübəni donuz embrionu üzərində aparmışdılar.

Buna da bax: 20 ildən sonra həyat necə olacaq? Məşhur alimin proqnozları

​Əgər insan orqanlarını qoyunun orqanizmində yetişdirmək mümkün olsa, sonradan bu, tibb sahəsində böyük sıçrayışa səbəb ola bilər.

Yəni illərlə hansısa orqanın, məsələn, qaraciyərin, böyrəyin transplantasiyasını gözləyən insanlara dərhal orqan köçürmək mümkün ola bilər.

Məsələn, təkcə ABŞ-da hər gün transplantasiya gözləyən 22 insan ölür.

Professor Juan Carlos Izpisua Belmonte deyir ki, gen redaktəsi texnologoyalarından istifadə etməklə belə orqanların gec-tez heyvan bədənində yetişdirməyin mümkün olacağına inanır.

2016-cı ildə üzərində təcrübə aparılan donuz embrionu 28 gün sonra məhv edilmişdi.