Qərb rayonlarında yağıntı gözlənir

Yağış, arxiv foto

Avqustun 25-də Bakı və Abşeron yarımadasında havanın yağıntısız keçəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti proqnozlşadırılır.

Avqusutn 25-də Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin bəzi qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı və dolu düşəcəyi ehtimalı var. Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti təxmin edilir.