Prezidentliyə namizəd, fəaliyyətdə olan dövlət başçısı İlham Əliyev bu gün, aprelin 16-da Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib.
President.az saytının məlumata görə, dövlət başçısı administrasiya rəhbərini «dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə» görə «Şöhrət» ordeni ilə təltif edib.
R.Mehdiyev təltifə və fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlıq edib
R.Mehdiyev 1938-ci ildə doğulub. Onun bu il 80 yaşı tamam olur.
R.Mehdiyev keçmiş prezident Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən (1993) bir müddət sonra Prezident Administrasiyasının rəhbəri vəzifəsinə gətirilib. Hazırda da həmin vəzifədə çalışır. O, 1982-ci ilin dekabrından 1988-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.