Rəhim Qazıyev sərbəst buraxılıb
Noyabrın 2-də metronun “28 may” stansiyasi yaxınlığında saxlanan keçmiş Müdafiə naziri Rəhim Qaziyevin az sonra Babək prospektində sərbəst buraxıldığı bildirilir.
Bu barədə keçmiş nazirin özü AzadliqRadiosuna açıqlama verib.
Rəhim Qazıyev deyib ki, ona yalnız polis maşınıa apararkən zorakılıq olub, maşında çox tərbiyəli və normal davranıblar:
“Yolda dedilər ki, siz niyə aksiyaya çıxırsınız, axı nazir olanda torpaqlarımız işğal olunub. Cavab verdim ki, doğru danışmırsınız, çünki yaşınız az olduğundan həmin dövrü görməmisiniz və öyrənməməsiniz də, mən nazir olanda ərazilərimizin 52 faizi işğaldan azad edilib. İş vaxtınız bitəndə gəlin bir neçə saata sənədlərlə dediklərimi sizə sübuit edim…”
R.Qazıyevin sözlərinə görə, həmin vaxt saxlananların hamsının buraxıldığını eşidib.
Bu açıqlamaya, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Rəhim Qazıyev 1992-ci il martin 17-dən 1993-cü il fevralın 20-nə kimi Azərbaycan Müdafiə naziri postunu tutub.
***
Noyabrın 2-də metronun “28 may” stansiyasi yaxınlığında keçmiş Müdafiə naziri Rəhim Qaziyev saxlanıb.
O, polis maşınına otuzdurularaq aparılıb. Bundan başqa, ərazidə daha bir neçə nəfərin də saxlandığı bildirilir.
Noyabrın 2-də Demokratik Qüvvələrin Milli Şurası Bakıda mitinq keçirmək niyyətində idi. Amma Bakı Şəhər İcra Hakimiyyəti qurumun təklif etdiyi yerlərin heç birində aksiya keçirilməsini münasib saymamışdı. Şəhər rəhbərliyi Milli Şuraya Bakının mərkəzindən kənarda-Lökbatan qəsəbəsində aksiya keçirməyi təklif etmişdi.
Bu təklifi qəbul etməyən Milli Şura sonradan noyabrın 2-nə təyin etdiyi aksiyanı təxirə salıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan Xalq Hərəkatı adlı qurumdan da noyabrın 2-də aksiya keçirməklə bağlı çağırışlar səsləndiyi bildirilirdi.
Bu məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.