Reportyorlar etiraz edib

Jurnalistlər aksiya keçirilər,məhkəməyə buraxxılmamalarını istəyirlər, arxiv foto

İyulun 17-də bir qrup reportyor Bakı Apellyasiya Məhkəməsinin önündə etiraz aksiyası keçirib.
Onlar həmin məhkəmədə keçirilən proseslərə buraxılmadıqlarını söyləyib, bele davranışa etiraz ediblər.

"Məhkmə prosesini işıqlandırmağa gəlmişik. Lakin bizi buraxmadılar. Bizi hətta məhkəmənin həyətindən belə çıxardırlar. Soruşanda isə deyirlər ki, hakimin göstərişidir. İndi biz məhkəmə sədri ilə görüş tələb edirik ki, bunun səbəblərini öyrənək" deyə şikayətçi reportyolrlar qeyd ediblər.

Lakin Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyi onları qəbul eyməyib.

Məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsindən və Ədliyyə Nazirliyindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.