Son üç ildə dövlət satınalmaların niyə təqribən yarısı rəqabətsiz alınır?

Sizin brauzer HTML5-i dəstəkləmir

Azı 9 milyard manat, başqa sözlə, birillik dövlət büdcəsinin 35 faizi müsabiqəsiz keçirilən dövlət satınalmalarına xərclənib. Son üç ildə dövlət sifarişlərinin hansı şirkətlərə və hansı şərtlərlə verilməsi naməlumdur. Dövlət qurumları bunu əsasən gizli saxlayırlar.