İranda tapılmış mumiya 'böyük bir ehtimalla' Reza şahdır

A photo circulated on social media showing Reza Shah's body next to a mummified body found at his tomb, ostensibly showing -- based on clues like the position of the hand and the face -- that they could be one and the same. (Taken from this Tweet: https:

İranın sonuncu şahı Məhəmməd Reza Pəhləvinin ABŞ-da yaşayan oğlu deyib ki, Şəhr ziyarətgahının yaxınlığında aşkar olunmuş mumiyalı cəsəd “böyük bir ehtimalla” onun babasınındır.

Şahzadə Reza aprelin 24-də verdiyi bıəyanatda bildirir: “Şəhri-Rey yaxınlığında cəsədin aşkar olunduğuna dair ilk xəbərləri alandan sonra ailəm və mən əlavə infiormasiyalar toplayıb qiymətləndirməyə başladıq. Bu təhlillərdən sonra inandığımı bildirirəm ki, cəsəd çox böyük bir ehtimalla mənim babam Reza şahındır”.

AzadlıqRadiosunun geniş reportajında deyilirdi ki, mumiya Reza şahın dəfn olduğu yerin yaxınlığında aşkar edilib.

Reza şahın Amerikada yaşayan nəvəsi vəliəhd şahzadə Reza

ABŞ-da yaşayan Reza Pəhləvi İranın hakimiyyət orqanlarını “onun ailəsi tərəfindən müəyyən edilmiş etibarlı tibb ekspertlərinin cəsədi müayinə etməsinə və bundan sonra Reza şahın ləyaqətli şəkildə dəfn olunmasına icazə verməyə” çağırıb:

"Bu sadəcə şəxsi və ya ailə məsələsi deyil, mədəni və tarixi əhəmiyyətə malik məsələdir. Çünki Reza şah bütün iranlılara məxsusdur”.

1941-ci ildə oğlunun xeyrinə taxt-tacdan imtina etməyə məcbur edilmiş Reza şah, 1944-cü ildə Cənubi Afrika Respublikasında vəfat edib. Onun cənazəsi buradan Qahirəyə aparılmış, orada mumiyalanaraq İrana gətirilmiş və Şəhr ziyarətgahının yaxınlığındakı məqbərədə dəfn olunmuşdu.

Məqbərə 1979-cu ildə Reza şahın oğlu Məhəmməd Rezanı devirmiş İslam İnqilabının ardınca dağıdılmışdı.

Reza şah İranı modernləşdirən və dünyəviləşdirən monarx kimi tanınır.