Dövlət İmtahan Mərkəzinin iyulun 14-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya keçirdiyi imtahan başa çatıb.
Bu barədə DİM məlumat yayıb.
İmtahan prosesinin idarə olunması üçün Mərkəzdə operativ qərargahın fəaliyyət göstərdiyi, imtahanın təlimata uyğun şəkildə keçirildiyi deyilir.
Qurum iyulun 15-dən imtahan materiallarının emalının aparılacağını, nəticələrin yaxın günlərdə elan ediləcəyini bildirir.
--
Bu gün, iyulun 14-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
2 saat 30 dəqiqə davam edəcək imtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunacaq, hər test tapşırığının düzgün cavabı 1 balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
İmtahanın II mərhələsində iştirak etmək üçün 447 namizədin qeydiyyatdan keçdiyi bildirilir. Onlardan 299 nəfəri qız, 148 nəfəri oğlandır. Bakı şəhərində 435, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi gözlənilir.