Roma papası Fransisk dünya liderlərini çağırıb ki, bütün qüvvələri ilə gənclər arasında işsizliyin azaldılmasına çalışsınlar.
Papa bildiribki, işsizlik gəncləri ümidsizliyə, gələcəyə inamsızlığa kökləyir, onlar miqrasiya problemlərindən əziyyət çəkirlər.
Vatikanda, 2016-cı ilin son yığıncağında çıxış edən papa Fransisk qeyd edib ki, gənclərdə gələcəyə ümidləri artırmaq üçün onlara yeni imkanlar açmaq vacibdir, onları sosial həyatın kənarında qoymaq olmaz.