Rövşən Lənkəranski torpağa tapşırıldı [Fotolar]

Avtoritetin dəfni

Avqustun 19-u saat 11 radələrində Rövşən Lənkəranski (Canıyev) doğulduğu Lənkəran şəhərində dəfn edilib.

R.Lənkəranski Kiçik Bazar qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.

AzadlıqRadiosunun müxbiri bildirir ki, dəfndə minlərlə insan iştirak edib. Onların arasında kriminal çevrənin təmsilçiləri də yer alıb.

Dəfn mərasimindən geniş yazı və videonu yaxın saatlarda sizə təqdim edəcəyik.

Rövşən Lənkərаnskinin cənazəsi Lənkərana gətirildi

+++

İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Caniyevin) cənazəsinin avqustun 18-i doğulduğu Lənkəran şəhərinə gətirildiyi bildirilir.

APA-nın xəbərinə görə, cənazə İstanbul-Lənkəran xüsusi reysi ilə gətirilib.

R.Caniyev avqustun 19-u səhər saatlarında Kiçik Bazar qəbiristanlığında dəfn edilməlidir.

Rövşən Lənkəranskinin (Canıyev) avqustun 18-də İstanbulun «Florence Nightingale» Xəstəxanasında vəfat etdiyi bildirilir.

Verilən məlumatlara görə, avqustun 17-də gecə saatlarında killerlər Rövşən Canıyev və daha iki nəfərin olduğu «Range Rover»i atəşə tutublar. Avtomobildən onlara cavab atəşi açılıb. «Range Rover»in sürücüsü və Rövşən Canıyev çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, Rövşən Canıyev isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Polisdəki mənbələrin bildirdiyinə görə, Canıyevə 5 güllə dəyib. Güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.

Mərhum Rövşən Lənkəranski kriminal avtoritet sayılırdı.​

Rövşən Lənkərаnski kimdir? [bioqrafiya]