Rusiya ilə Çin birgə hərbi təlim keçirib

Rusiya ilə Çin birgə hərbi təlimlər keçirir 13 August , 2021

“Əməkdaşlıq-2021” adlı təlimlər Çinin şimalındakı hərbi müəssisələrdən birində keçirilib.

Təlimlərə təxminən 10 min canlı qüvvə, 200 zirehli maşın, 90 artilleriya, 100-dən çox döyüş təyyarəsi və helikopterlər iştirak edir. Təlimlərdə Rusiya və Çin istehsalı olan dronlardan da Təlimlərdə birgə kəşfiyyat , həmçinin hava qüvvələrinin köməyi ilə terrorçularla mübarizə əməliyyatkları məşq edilir.

Reütesin məlumatına görə, manevrlərin aktiv mərhələsində hər iki ölkənin müdafiə nazirləri də mşahidə ediblər.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, iki ölkə “quruda, havada və dənizdə yüksək əməkdaşlıq səviyyəsinə çatıblar" və onun genişlənməsi gələcək fəaliyyətlər üçün vacibdir.

Qeyd edək ki, Rusiya bu həftə Əfqanıstan sərhədinin yaxınlığında da Tacikistan və Özbəkistanla birgə təlimlər keçirib. ABŞ və NAO qüvələri mayın 1-dən Əfqanıstanı tərk etməyə başladıqdan sonra Taliban yaraqlıları ölkənin yarıdan çoxunu zəbt ediblər.