Rusiya və Belarus liderləri ölkələrinin vahid “ittifaq dövlətində” birləşməsi üçün inteqrasiyanın dərinləşdirilməsi məqsədilə bir sıra yol xəritələrini imzalayıbalr.
Xəbər verilir ki, noyabrın 4-də Rusiya prezidenti Vladimir Putin və Alyaksandr Lukaşenka İttifaq Dövlətinin Ali Şurasının videobağlantı ilə keçirilən iclasında “28 inteqrasiya proqramına” dair razılaşmaya imza atıblar.
Bu da qeyd olunur ki, imzalanmış sənəd əsasən iqtisadiyyat və tənzimləmə sistemlərini əhatə edir.
Sənəddə habelə vergi, bank, sənaye, kənd təsərrüfatı və enerji sahələrində vahid siyasət yürüdülməsi nəzərdə tutulur. Bununla yanaşı sənəddə siyasi inteqrasiyadan söhbət getmir.
Moskva və Minsk İttifaq Dövləti müqaviləsini 1999-cu ildə imzalayıblar. O vaxtdan bəri vahid dövlətin yaradılmasına dair danışıqlar davam edir.
Şərhçilər bildirirlər ki, imzalanmış razılaşma iki ölkənin birləşməsi yolunda böyük addımdır, lakin Belarusun suverenliyini əhəmiyyətli şəklildə məhdudlaşdıra bilər.
Lukaşenka bütün bu illər ərzində buna sərt müqavimət göstərib.
Buna da bax: Rusiyadan Ukraynaya ‘üçqat təhdid’Təklənən Lukaşenka
Buna baxmayaraq son aylar ərzijndə, xüsusilə də 2020-ci ilin avqustunda keçirilən prezident seçkisindən sonra Belarusun avtoritar lideri beynəlxalq aləmdə xeyli təklənib.
Müxalifət və Qərb Lukaşenkanı 6-cı müddətə prezident elan etmiş seçki nəticələrini və onun özünün legitimlıiyini tanımayıblar.
Müxalifət seçkinin saxtalaşdırıldığını bildirib və seçki nəticələrinin elan edilməsindən dərhal sonra Belarusu kütləvi etiraz aksiyaları bürüyüb.
Lukaşenka rejimi etirazları amansızlıqla yatırıb, minlərlə fəal həbs olunub, müxalifətə divan tutulub.
Hazırda Belarus müxalifətinin bütün liderləri ya mühacirətdə, ya da həbsxanadadırlar.
Avropa İttifaqı və Birləşmiş Ştatlar baş verənlərə görə Lukaşenkanın, onun ailə üzvlərinin və bir sıra rəsmilərin üzərinə ağır sanksialar qoyub.
Beynəlxalq aləmdə belə təklənmə Lukaşenkanı Rusiya lideri Putinə yaxınlaşdırıb.
Moskva bütün Belarus böhranı boyunca Lukaşenkanın rejiminə dəstək verib.
Noyabrın 4-də televiziya ilə yayımlanan görüşdə Vladimir Putin Lukaşenkaya dəstəyin davam etdiriləcəyini deyib:
"Biz suveren ölkələrimizin daxili işlərinə qarışılması cəhdlərinə birlikdə müqavimət göstərəcəyik və Rusiya, əlbəttə, qardaş Belarus xalqına köməyini davam etdirəcək”.
Lukaşenka Putinə təşəkkürünü bildirib:
"Misli görünməmiş xarici təzyiq ölkələrimiz arasında münasibətlərin gücü üçün ciddi sınaq olub. Biz əminliklə deyə bilərik ki, bu sınaqdan çıxa bilmişik”.