Kəşfiyyat: Rusiyanın dəqiq idarə olunan raketləri əhəmiyyətli dərəcədə tükənib

Rusiyanın "Iskander-M" raketi, arxiv foto

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynanda apardığı müharibədə Rusiya təyyarələrinin istifadəsi ilə bağlı yeni kəşfiyyat hesabatını dərc edib. Hesabtda qeyd olunur ki, döyüşlərin getdiyi Donbass ərazisində Rusiya aviasiyasının fəallığı yüksək olaraq qalır.

Qeyd olunur ki, işğalın ilk günlərdə Rusiyanın Ukraynaya məxsus hava hücumundan müdafiə sistemlərini zəiflədə və ya sıradan çıxara bilməməsi səbəbindən aviasiyanın quru bölmələrini dəstəkləmə imkanları məhdudlaşıb.

Bu da nəticədə Kiyev istiqamətində irəliləyişin qarşısını alıb. Beləki, Rusiya təyyarələrinin fəaliyyəti Ukrayna qoşunlarının möhkəmlənməsi və irəlləməsininin qarşısını almaq üçün hava və yerüstü raketlərdən zərbələr endirməklə məhdudlaşıb. Həm də bu zərbələr münaqişəyə ciddi təsir göstərməyib və nəticədə Rusiyanın dəqiq idarə olunan raket ehtiyatı əhəmiyyətli dərəcədə tükənib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Fərrux dağında nə baş verir? Erməni sakinlər narazıdı

Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında Rusiyanın uğursuzluqları ilə yanaşı həm də vurğulanır ki, diqqətini Donbasa yönəltməklə Rusiya, hava hücumlarını və ağır artilleriya atışlarını birləşdirməklə hava gücündən istifadəni artıra bilib.

Hesabatda qeyd olunur ki, bu son addım Rusiyanın Donbass regionundakı son taktiki uğurunda əsas amil olub. Sənəddə o da vurğulanır ki, idarə olunmayan mərmilərdən istifadənin artması Donbassın yaşayış məntəqələrinin kütləvi şəkildə məhv edilməsi və mülki əhali itkisinə səbəb olub.

Buna da bax: Ukrayna Nevzorova vətəndaşlıq verir