Rusiyanın Nəqliyyat Nazirliyinin əmri ilə qüvvəyə minən yeni qaydalara görə, bundan sonra sərnişinlər salona yalnız 5 kiloqramlıq əl baqajı ilə keçə biləcəklər. (Bundan əvvəl 10 kq. idi).
Onların təyyarə ilə pulsuz daşıya biləcəkləri ümumi baqaj isə 10-30 kilo arası olacaq.
Amma şirkətlər rəqabət şəraitində bundan da çox pulsuz baqaj qəbul edə bilərlər.
Bunlar hamısı qaytarıla bilən biletləri olan sərnişinlərə aiddir.
Qaytarıla bilməyən biletlərin sahibləri baqajın daşınması üçün ödəniş edəcəklər.
Tarifləri hava şirkətləri müəyyən edəcək.