Bakıda Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. Sayca yeddinci olan forum noyabrın 1-nə təyin edilib.
Bu haqda İqtisadiyyat Nazirliyinin mətbuat xidməti xəbər verir.
Xəbərdə bildirilir ki, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri iştirak edəcək.
Foruma, habelə hər iki ölkənin sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq və maliyyə sahəsində çalışan sahibkarlar qatılacaq.
Forum çərçivəsində plenar iclaslar, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə “dəyirmi masa”lar, Azərbaycan-Rusiya biznes forumu təşkil olunacaq.