Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bu, "qeyri-rəsmi dostluq səfəri" kimi təqdim edilib.
Gəmi heyətlərini Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri qarşılayıb.
"Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb", - məlumatda vurğulanıb.
Buna da bax: Sülhməramlılar Qarabağda gözətçi postları qurur. 'Münaqişəyə nöqtə qoyulmayıb'