Yanvarın 30-da Rusiyada internetdə indiyədək ən böyük kəsinti yaranıb, .ru domenli saytlar axşam bir neçə saat işləməyib. Yüzlərlə vebsayt, mobil tətbiqi, o cümlədən ən böyük banka məxsus tətbiq, sosial media şirkəti, xəbər portalı, e-ticarət firması saatlarla sıradan çıxıb. Bunu yerli agentliklər yazır.
İnternetin kəsilməsinin Rusiya ərazisində, demək olar, hamıya təsir göstərdiyi bildirilir.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi nasazlığı məlumatların etibarlılığını təmin edən DNS protokoluna əlavələr toplusu ilə bağlı texniki problemlə izah edib. Qurum Rusiya saytlarına çıxışın tezliklə bərpa olunacağını vəd edib.
Ekspertlərin fikrincə, Rusiya hakimiyyəti ölkədəki internet istifadəçilərinin hamısını milli DNS serverinə keçirmək planlarını elan etmişdi və, ola bilsin, bu, elə indi gerçəkləşdirilir.