Rusiya, İran və Çin birgə manevr keçirirlər

İranın Səhənd hərbi gəmisi

Tehran və Vaşinqton arasında münasibətlərin gərgin olduğu bir vaxtda Çin, İran və Rusiya birgə dəniz manevrləri keçirəcəklərini bildiriblər.

Pekin və Tehran manevrlərin dekabrın 27-dən 30-dək Hind okeanında və Oman körfəzində keçiriləcəyini bildiriblər.

Çinin müdafiə naziri Wu Qian dekabrın 26-da müxbirlərə deyib ki, onun ölkəsi manevrlərə Xining eskadra minadaşıyan gəmisini göndərəcək.

İran silahlı qüvvələrinin sözçüsü Aboldazl Shekarchi deyib ki, bu hərbi təlimlər “regiondakı vəziyyəti sabitləşdirəcək”.

Buna da bax: İran və Rusiya Hörmüzdə manevr keçirəcək, Xəzərdə hərbi əməkdaşlıq edəcəklər

O bildirib ki, hərbi dəniz təlimlərindən məqsəd “regiondakı beynəlxalq ticarətin təhlükəsizliyini təmin etməkdir”.

Körfəz regionunda baş vermiş bir neçə hücumun ardınca Birləşmiş Ştatlar bildirib ki, region sularında patrul keşiyi təşkil edəcək.

Vaşinqton sözü gedən hücumların İran tərəfindən həyata keçirildiyini bildirir.

İran və ABŞ arasında münasibətlər prezident Donald Trump ABŞ-ı 2015-ci ilin nüvə sazişindən çıxardıqdan sonra gərginləşib.

Bunun ardınca İran üzərinə ABŞ sanksiyaları bərpa olunub.