Rusiyanın neft şirkətləri satdıqları məhsul üçün ödənişlərin alınmasında ləngimələrlə üzləşirlər.
Reuters yazır ki, buna səbəb Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) banklarının ABŞ-ın dolayısı ilə sanksiyalarından çəkinməsidir.
Reuters agentlyinin mənbələri bildirirlər ki, Çin, BƏƏ və Türkiyədə bir neçə bank sanksiyalara riayət qaydalarını sərtləşdirib və bu, vəsaitin Moskvaya köçürülməsində yubanmalar yaradıb.
Buna da bax: Rusiya Şimali Koreyaya görə BMT sanksiyalarını pozurYazılı zəmanət
Xəbərə görə indi banklar müştərilərindən biznes sövdələşmələrindəki şəxslərdən heç birinin ABŞ-ın sanksiya siyahısında olmadığına və ödənişin mənfəətdarı kimi çıxış etmədiyinə dair yazılı zəmanət tələb edirlər.
Mənbələrin dediyinə görə BƏƏ-də iki bank - First Abu Dhabi Bank və Dubai Islamic Bank bankları Rusiya mallarının ticarəti ilə bağlı olan bir neçə hesabı bloklayıblar.
BƏƏ-dəki Mashreq, Türkiyənin Ziraat və VakifBank bankları, haberlə Çinin ICBC və Bank of China bankları ödənişləri hələ də icra edirlər, lakin bu ödənişlərin işlənməsinə həftələr və hətta aylarla vaxt lazım gəlir.
Sözü gedən banklar Reuters agentliyinin sorğularına cavab verməyiblər.
Buna da bax: 'Nə Rusiya, nə də Qərb Ukrayna savaşının necə bitəcəyini bilir'Kreml xəbərdardır
Kremlin sözçüsü Dmitri Peskov Çin bankları vasitəsilə ödənişlərin gecikdirilməsi ilə bağlı suala cavab verərkən belə bir problemin olduğunu etiraf edib:
"Əlbəttə ABŞ və Avropa İttifaqı tərəfindən Çin Xalq Respublikasına misli görünməmiş təzyiqlər davam edir”.
Amma sözçü əlavə edib ki, bu, Rusiya və Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafına mane ola bilməz.
Yanvar ayında məlum olmuşdu ki, Türkiyə bankları ABŞ-ın mümkün sanksiyalarından çəkinərək Rusiya bankları ilə işləməkdən imtina edirlər.
Türkiyənin demək olar bütün bankları Rusiyanın kredit təşkilatları ilə müxbir hesablaşmaları münasibətlərini və bu hesablaşmalar üçün ödənişlərin işlənməsini dayandırıblar.
Vəziyyət xüsusilə də 2023-cü ilin dekabrında Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiya paketini qəbul edəndən və ABŞ prezidenti Co Bayden dolayısı ilə sanksiyalar barədə fərman verəndən sonra daha da kəskinləşib.
Bu sanksiyalar Moskva üzərinə Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hərbi hücumuna görə qoyulub.