Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, radioaktiv radiasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı Çernobıl AES-in ərazisində Rusiya ordusu döyüşü bərpa etmək üçün səhra düşərgəsi yaradıb və qoşunları həmin düşərgəyə toplayır.
Məlumatda o da vurğulanır ki, radioaktiv toz səbəbindən bu ərazidə hərbi əməliyyatların aparılması qeyri-mümkündür. Qeyd olunur ki, bu da təkcə Ukraynada deyil, digər Avropa ölkələrində də radiasiyanın səviyyəsini xeyli artıra bilər.
Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını fevralın 25-də, Ukraynaya müdaxilə başlayandan dərhal sonra işğal ediblər.
Stansiya işçiləri girov götürülüb və onların rotasiyası bir neçə gün həyata keçirilməyib. Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (MAQATE) bəyan edib ki, bu addım nüvə obyektlərinin fəaliyyətinin əsas prinsiplərindən birinə ziddir. Beləki texniki işçilər təzyiq altında öz vəzifələrini yerinə yetirə bilməzlər. Slavutiç energetiklərin və Çernobıl Atom Elektrik Stansiyasının işçilərinin yaşadığı şəhərdir.
Buna da bax: MN: Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərdə heç bir dəyişiklik baş verməyibElə martın 26-da Slavutiçin meri Yuriy Fomiçev oğurlanıb, lakin şəhər sakinləri Ukrayna bayraqları ilə şəhər administrasiyasının rəhbərinin azad edilməsi tələbi ilə dinc aksiyaya çıxıblar. Danışıqlardan sonra Rusiya hərbçiləri bildiriblər ki, şəhərin kənarında nəzarət-buraxılış məntəqəsi yaradırlar, komendant saatı tətbiq edilir, şəhər isə Ukrayna qanunlarına uyğun yaşayır. Azad olunan mer Fomiçev axşam saatlarında videomüraciət edərək bildirib ki, “bu gündən şəhərimiz işğal altındadır” və Slavutiçin üç sakini öldürülüb. Sakinlərin təxliyəsi üçün danışıqlar aparılır.
Buna da bax: Bayden Putinə: 'Bu adam hakimiyyətdə qala bilməz'