Patriot zenit-raket kompleksinin zərərsizləşdirdiyi "Kinjal" raketini Rusiya Kiyev yaxınlığında bu kompleksin özünü vurmaq üçün atıbmış. Bu barədə CNN iki amerikalı rəsmiyə istinadla xəbər verir.
CNN mənbələrinin dediynə görə, çox güman ki, Rusiyanın elektron izləmə sistemləri, Patriot tərəfindən xeyli məsafədə hədəfləri aşkar etmək üçün istifadə edilən yüksək güclü radardan keçib. Onların fikirincə, şüalanma adətən maskalanır, lakin bu hal da işə yaramayıb.
Buna da bax: Ukrayna ilk dəfə Rusiyadan atılan 'Kinjal' raketini vurduğunu bildirirO da vurğulanır ki, "Kinjal"ın qarşısını almaq üçün bir neçə Patriot raketindən istifadə zərurəti yaranıb.
Bu, bir neçə həftə əvvəl Kiyevə çatdırılan Amerika Patriot kompleksinin Ukrayna tərəfindən ilk məlum istifadəsidir.
Ukrayna ən azı iki Patriot kompleksi alıb. Bunlardan birini ABŞ, digərini isə Almaniya verib. Beləki əvvəllər Ukraynanın arsenalında Rusiyanın hipersəs raketlərini məhv etməyə qadir silahlar olmayıb.
Rusiya Müdafiə Nazirliyindəki yerli media mənbələri "Kinjal"la bağlı xəbərləri arzulananın reallıq kimi verilməsinə cəhd adlandırıb.
Buna da bax: Priqojin geri çəkilməni ‘qaçış’ adlandırır, Şoyqunu Baxmuta çağırırUkrayna Hava Hücumundan Müdafiə Qüvvələri ilk dəfə olaraq mayın 6-da Rusiyanın hipersəsli "Kinjal" ("Xəncər") raketini vurduğunu açıqlayıb.
Döyüş bölgələrindən gələn son məlumatlara görə, Rusiya ordusu Ukraynadakı bəzi mövqelərindən çəkilməkdədir. Bunu Ukraynada vuruşan Rusiya özəl "Vaqner" silahlı birləşməsinin başçısı Jevgeni Priqojin də bir neçə dəfə səsləndirib.
O yaranmış vəziyyəti silah-sursat qıtlığı ilə əlaqələndirib və buna görə Rusiya müdafiə nazirliyini ittiham edib.
Ukraynaya qarşı hələ də davam edən müharibəni Rusiya 2022-ci ilin fevralında başlayıb.