Rusiya Prezidenti Vladimir Putin deyir ki, Ukraynada “xüsusi əməliyyat”ın məqsədlərinin yerinə yetiriləcəyinə şübhəsi yoxdur.
Putin Kosmonavtika günündə Şərq kosmodromunun işçiləri qarşısında çıxış edib. O, son həftələr Ukrayna müharibəsi haqda ilk dəfədir çıxış edir.
“Əməliyyatın məqsədləri tamamilə aydın və nəcibdir. Bir tərəfdən adamlara kömək edir, onları xilas edirik, digər tərəfdən? Rusiyanın təhlükəsizliyini təmin etmək üçün addımlar atırıq. Seçimimizin olmaması aydındır. Düzgün qərar idi”, – Putin vurğulayıb.
Buna da bax: Faşist Rusiyası? Tarixçilər ‘yox’ deyirZelenskinin xəbərdarlığı
Ukrayna Prezidenti Volodimir Zelenski isə xəbərdarlıq edib ki, Avropa İttifaqı (Aİ) daha sərt sanksiyalara əl atmasa, Rusiya müharibəni davam etdirəcək.
Aİ indiyədək Rusiyaya, beş paket sanksiya tətbiq edib, Putinə və ailəsinə də sanksiyalar qoyulub. Amma Litva parlamentinə müraciət edən Zelenski Avropanı Rsuiay neftindən “azad olmağa”, Rusiyadan qaz idxalını dayandırmağa, Rusiyanın bütün banklarına sanksiya tətbiq etməyə çağırıb.
“Avropa bu müharibəni udmalıdır. Biz birlikdə qalib gələcəyik”, – o deyib.
***
Ukraynanın Donbas regionuna planlaşdırılan böyük hücum öncəsi Rusiya qüvvələri həmin istiqamətə yönəlib. Mariupol liman şəhərində isə vəziyyət ağır olaraq qalır.
Ukrayna komandirləri və Qərb rəsmiləri deyirlər ki, Rusiya qüvvələrini Kiyevin şimalından, Belarusdan Xarkova və 2014-cü ildən döyüşlərin getdiyi Donetsk və Luqansk regionlarına yönəldir.
Rəsmilər Rusiyanın Donbasda hazırda Ukrayna hökumətinin nəzarətində olan əraziləri nəzarətə almaq üçün yeni hücuma keçəcəyini gözləyirlər.
İtki sayı
Rusiya fevralın 24-də Ukraynanın işğalına başlayandan itki sayı qeyri-müəyyən qalır.
Ukrayna tərəfin aprelin 12-də açıqladığı rəqəmlərə görə, indiyədək döyüşlərdə 19 min 500 Rusiya əsgəri öldürülüb. Rusiyanın Müdafiə Nazirliyi isə sonuncu dəfə martın sonunda itkiləri açıqlayıb – 1370 nəfər.
ABŞ rəsmiləri açıq şəkildə Rusiyanın azı 10 min itkisi olduğunu deyirlər. Qapalı söhbətlərdə isə onların dediyi Ukraynanın göstərdiyi saya yaxındır, bu isə Rusiyanın Ukraynada sovetlərin Əfqanıstanda 10 illik müharibədən daha çox itki verməsi deməkdir.
Buna da bax: Qərb qorxur, 'Putin heç nəyi vecinə almır'. NATO neyləsinUkrayna öz itkilərini açıqlamır, bunun dövlət sirri olduğunu deyir. Prezident Volodimir Zelenski martın ortasında 1300-dək əsgərin həlak olduğunu söyləyib.
ABŞ Müdafiə Departamentinin aprelin 11-də bildirdiyinə görə, Rusiya qüvvələri Donbas regionuna, o cümlədən İzyum şəhəri yaxınlığına cəmləşir. Rusiya qüvvələrinin ötən həftə bu şəhəri tutduğu bildirilir.
Rəsmi Rusiya karvanının İzyuma doğru getdiyini, Rusiyanın 60-dan çox batalyon taktiki qrupunun isə Ukraynanın cənub hissəsindəki Xersondan şimal-şərqdə Donbasa göndərildiyini deyib.
Mariupolda küçə döyüşləri
Həftələrdir Rusiya qüvvələrinin mühasirəsində olan Mariupolda isə Ukrayna dəniz piyadaları və Azov Batalyonu arasında küçə döyüşlərinin getdiyi xəbər verilir.
Prezident Zelenski bu şəhərdə onminlərlə sakinin öldürüldüyünü desə də, bu rəqəmi müstəqil təsdiqlətmək mümkün olmayıb.
Ukrayna və Qərb rəsmiləri Mariupolda Azov döyüşçülərinə qarşı kimyəvi silahdan istifadə olunması iddialarını araşdırdıqlarını deyiblər.
Buna da bax: Britaniya kəşfiyyatı: Rusiya fosfor bombasından istifadə edə bilərUkraynanın böyük ziyan görmüş ikinci şəhəri Xarkov Ukraynanın nəzarətində qalır. Regional administrasiya başçısı Oleq Sinehubov aprelin 11-də şəhərin atəşə tutulması nəticəsində səkkiz nəfərin öldürüldüyünü, amma şəhərin müdafiə olunduğunu deyib.
İndilik sülh danışıqlarının dayandığı görünür. Zelenski hökuməti Rusiyanın ultimatumlarını rədd edir, Kreml isə diqqəti Donbasa yönəldir. Avropalı diplomatların Rusiya Prezidenti Vladimir Putinin hücumu dayandırmasına nail olmaq cəhdləri nəticəsiz qalıb.
Aprelin 11-də Moskvada Putinlə görüşmüş Avstriya kansleri Karl Nehammer deyib ki, bu cəhdlərin uğurlu olacağına “bədbin yanaşır”, çünki Putin “tamamilə müharibə məntiqindədir”.