Bugün, sentyabrın 28-də Azərbaycan Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda deyilir ki, nazir Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb:
“Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.”
Gennadi Anaşkinin sələfi isə, o postda cəmi bir neçə həftə oldu.
Bundan, düz 18 gün əvvəl, sentyabrın 10-da Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokov Azərbaycan Müdafiə nazirniə təqdim olumuşdu.
Onda Azərbaycan müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran Rüstəm Muradovla da görüşmüşdü.
AMN-in məlumatında deyilirdi: “... Rüstəm Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu müdafiə nazirinə təqdim edib.”
Buna da bax: Dövlət Departamentində Minsk qrupu həmsədrləri ilə görüş keçirilib
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.