Rusiyanın dövlət enerji nəhəngi Gazprom bildirib ki, üç il davam edən fasilədən sonra Türkmənistan qazının idxalını bərpa edib.
Gazpromun sözçüsü Sergei Kupriyanov aprelin 15-də deyib ki, “təchizat artıq bərpa olunub”. Bu xəbəri Türkmənistanın Turkmengaz dövlət qaz şirkəti də təsdiq edib.
Bununla belə, Rusiyanın Türkmənistandan idxal etdiyi qazın həcmləri və qiymətləri barədə məlumat verilmir.
Buna da bax: ABŞ Türkmənistan qazının Azərbaycandan nəqlinə dəstək verəcəkmi?Rusiya bundan əvvəl ildə 10 milyon kubmetr qaz idxal edirdi və 2010-cu ildə Çin onun yerini tutmazdan əvvəl Türkmənistanın ən böyük qaz alıcısı idi.
Rusiya Türkmənistandan qazın idxalını 2016-cı ildə dayandırmış və bu Türkmənistanın iqtisadiyyatına böyük zərbə olmuşdu.
Rusiyanın idxalı dayandırmasına səbəb qlobal qaz qiymətlərinin yüksəlməsi idi.
Gazprom və Turkmengaz arasında alış-veriş şərtlərinə dair danışıqlar da məhz qiymət mübahisəsinə görə dalana dirənmişdi.
Çin hazırda Türkmənistandan ildə 40 milyon kubmetr qaz idxal edir. Türkmənistan qaz ehtiyatına görə dünyanın dördüncü ölkəsidir.