Rusiyada koronavirusdan ən yüksək ölüm halı qeydə alınıb

COVİD-19 xəstələri, 15 saylı Moskva şəhər xəstəxanası

İyunun 26-da 2021-ci il ərzində Rusiyada yeni koronovirus infeksiyasından ən çox ölüm halı qeydə alınıb.

Virusa yoluxanlardan 619 nəfəri sutka ərzində vəfat edib. Bu ötən ilin dekabrından bəri ən yüksək göstərici hesab edilir. Bu barədə məlumat operativ qərargahın açıqladığı statistikada yer alıb.

Gün ərzində virusa yoluxanların sayı 21 min 665 nəfərə çatıb. Məlumata görə, sonuncu dəfə belə artım yanvarın sonlarında qeydə alınıb.

Operativ qərargahın məlumatına görə, pandemiya başlayandan bəri Rusiyada ölüm halı 132 min 683 nəfərə çatıb. Demoqraflar bu rəqəmin yüksək olduğunu düşünürlər və hesablamaların elə də dəqiq aparılmadığını qənaətindədilər. Səlahiyyətlilər bu iradı dolayı yolla qəbul etdilər.

Rusiya Statistika Komitəsinin məlumatları göstərir ki, pandemiyanın başlanğıcından 2021-ci ilin mayına qədər Rusiyada statistika tərəfindən proqnozlaşdırıldığından 431.141 nəfər çox insan ölüb.

Müstəqil demoqraflar hesab edirlər ki, ölümlərin əksəriyyəti pandemiya qurbanlarına aid edilə bilər.

Cümə günü, iyunun 25-də Almaniya hökuməti Rusiyaya səfərlərin maksimum məhdudlaşdırıldığı ölkələrin siyahısına alıb. Bu o deməkdir ki, bu ölkəyə səfər edənlər yalnız orada və Almaniyada yaşamaq hüququ olanlar icazə veriləcək. Səfər edənlər geri dönəndən iki həftə karantində qalmalıdırlar.