Rusiyada koloniyanı ələ keçirən məhbusların ‘ləğv edildiyi’ deyilir

Xüsusi təyinatlılar 19 saylı koloniyanın yaxınlığında

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı islah-əmək koloniyasın;n məhbuslar tərəfindən ələ keçirilməsi bir neçə saat sonra güc strukturlarının hücum əməliyyatı ilə başa çatıb.

Məhbusların 8 nəfəri girov götürdükləri xəbər verilirdi.

Onlardan dördünün həlak olduğu bildirilir.

Rusiya mediası şübhəlilərin adlarını açıqlayıb. Onlardan ikisi Tacikistan və digər ikisi isə Özbəkistan doğumludurlar.

Girov götürənlərdən biri yazdığı videoda iddia edir ki, Rusiya penitensiar xidmətinin əməkdaşları müsəlmanların hüquqlarını pozur və “onlar da müsəlmanları incidənləri və onlara zülm edənləri öldürüblər”.

Media xəbərlərində deyilir ki, girov götürənlər “ləğv ediliblər”.

Bundan əvvəl verilən xəbərlrədə deyilirdi ki, Rusiyada məhbuslar Volqoqrad vilayətinin Surovikinedəki 19 saylı ciddi rejimli islah-əmək koloniyasını ələ keçiriblər.

Rusiyada məhbuslar Volqoqrad vilayətinin Surovikinedəki 19 saylı ciddi rejimli islah-əmək koloniyasını ələ keçiriblər.

Həmin vaxt koloniyada intizam komissiyasının iclası gedirdi. Hadisə nəticəsində ölənlərin olduğu xəbər verilir.

Güc strukturlarına yaxın teleqram kanalları ehtimalən koloniyada çəkilmiş videonu yayıblar.

Videoda koloniyanı zəbt edən məhbuslar görünür. Onlar dörd nəfərdirlər və özlərini “İslam Dövləti” ekstremist təşkilatının “mücahidləri” adlandırırlar.

Videoda habelə dörd girov görünür. Onların hamısı penitensiar xidmətin formasındadır. Onlardan üçünün öldürüldüyü, birinin isə boynundan yaralandığı güman edilir. Hücum edənlər bıçaqlarla silahlanıbmışlar.

Həbsxanın zəbt olunmasını regional penitensiar xidmət idarəsi də təsdiq edib.

Oradan məlumat veriblər ki, girovların azad edilməsi üçün tədbirlər həyata keçirilir. Nə qədər adamın girov götürüldüyü məlum deyil.

Buna da bax: ABŞ Azərbaycanda Bəhruz Səmədovun həbsini 'narahatlıqla izləyir'

Koloniya rəisinin reanimasiyada olduğu deyilir

Baza saytı xəbər verir ki, koloniyanın rəisi Andrey Devyatov da daxil girovlardan beşi qaça bilib. Sayt xəbər verir ki, Devyatov hazırda reanimasiyadadır.

Life və “Sapa Kavkaz” saytları yazırlar ki, koloniyanın ətraflarına xüsusi təyinatlı qüvvələri gətirilib.

Bu da iddia edilir ki, məhbuslar 2 milyon dollar və helikopter tələb edirlər. Sayt xəbərin mənbəyini yazmır.

Bu da bildirilir ki, girov götürülməsi faktı ilə bağlı cinayət işi qaldırılıb. Hadisə yerinə habelə penitensiar xidmətin mərkəzi aparatının əməkdaşları gəliblər.

Koloniyada 1230 məhbus saxlanır.

Bu, Rusiyanın islah-əmək koloniyaları sistemində iki ayda ikinci girovgötürmə hadisəsidir.

İntizam komissiyalarının iclaslarında qanunla yerli özünüidarəetmə orqanlarının və ictimai təşkilatların nümayəndələri də iştirak edə bilərlər. 19 sayı koloniyada keçirilən iclasın heyəti məlum deyil.