Rusiyada əsgər 8 hərbçini güllələyib - Yenilənir

Zabaykalyedəki Qornı qəsəbəsində hərbi hissə

Rusiyanın hərbi hissələrindən birində əsgər atəş açaraq 8 hərbçini öldürüb və daha iki nəfəri yaralayıb.

Rusiyanın Müdafiə Nazirliyi oktyabrın 25-də bildirib ki, Sibirin Zabaykalye rayonundakı hərbi hissədə əsgər öz hərbçi yoldaşlarına qarovul keşiyinin dəyişdiyi zaman atəş açıb.

Nazirliyin məlumatına görə əsgər əsəb sarsıntısı vəziyyətində olub.

Nazir müavini Andrei Kartapolovun rəhbərlik etdiyi komissiya hadisə yerinə yollanıb.

Andrei Kartapolov

Kartapolov Müdafiə Nazirliyində yenidən bərpa olunmuş hərbi-siyasi idarənin rəisidir.

Rusiyanın Baza nəşri xəbər verir ki, ölənlərin arasında iki zabıt var. Qalanları müddətli və müqaviləli hərbi qulluqçulardır.

Hadisənin baş verdiyi Qornı qəsəbəsi Zabaykalye diyarında yeganə qapalı yaşayış məntəqəsidir.

Orada strateji təyinatlı raket qoşunlarının 4-cü Xarbin diviziyası yerləşirdi. Bu diviziya sonralar buraxılmışdı.

AzadlıqRadiosu Rus xidmətinin məlumatına görə bu qəsəbədə 2016-cı ilin dekabrında yaradılmış Şərq hərbi dairəsinin 29-cü ümumhərbi ordusunun 3-cü raket diviziyası yerləşdirlməliydi.

Bu diviziyaya Iskander əməliyyat-taktiki raket kompleksləri verilməliydi.

Baza bunu da xəbər verir ki, faciə 54160 nömrəli hərbi hissədə baş verib.

Bu, hərbi hava qüvvələrinı təmir-texniki bazasıdır.