Vaşinqton Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozan 71 şirkəti qara siyahıya salıb. Bu siyahıda Rusiya hərbi və müdafiə seçkoru ilə əməkdaşlıq edən bir Ermənistan şirkəti də var.
"Reuters" xəbər verir ki, siyahıda Ermənistandan əlavə qara siyahıda bir Qırğızıstan şirkəti də var. Siyahı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ticarət Departamenti tərəfindən tərtib edilib, siyahıya Rusiya hərbi və müdafiə sektoruna dəstək verən şirkətlər daxildir.
Buna da bax: Bayden Ukraynaya F-16 qırıcıları verilməsinə yaşıl işıq yandırdıMəlumatda vurğulanır ki, bu addımlar Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ABŞ və digər 37 ölkənin daxil olduğu koalisiya tərəfindən tətbiq olunan sanksiyaların və ixrac nəzarətinin bir hissəsidir.
Belə bir sanksiyanın tətbiqi Rusiyanın sənaye bazasını və müharibəni davam etdirmək qabiliyyətini sarsıtmağa hesablanıb.
Qırğızıstan mediasının yazdığına görə, qara siyahıya düşən "Tokmok Tro.Ya, LLC” şirkətidir və həmin şirkətin saytında müxtəlif sənaye sahələri üçün elektron avadanlıqlar tədarük etdiyini göstərir.
Ermənistanla Qırğızısatn Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvləridir.
Mayın 19-da G7 Moskvaya qarşı yeni sanksiyalar elan edib. Tədbirlər Rusiya ordusuna kömək etmək üçün istifadə oluna biləcək məhsulların tədarükünün qarşısını almaq məqsədi daşıyır.
Buna da bax: ‘Priqojinin kuvaldası’ Putin Rusiyasının simvoluna necə çevrildiBura qar təmizləyən maşınlar, quruducu texnikalar kimi mallar və onların hissələri daxildir. ABŞ-a görə, həmin avadanlıqlar Rusiya hərb maşınını dəstəkləmək üçün istifadə edilə bilər.
Yeni qaydaları tədqiq edən ABŞ Ticarət Departamentinin keçmiş rəsmisi Kevin Wolf "Reuters" agentliyinə - "İndi siz hətta kontakt linzaları və ya günəş eynəklərini belə göndərə bilməzsiniz" deyib. Onun sözlərinə görə, indi “Rusiyaya ixrac olunmayan malları təsvir etmək daha asandır”.
Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə razılıq ABŞ və digər G-7 üzvlərinin Yaponiyada keçirilən görüşündə əldə olunub.
Son zamanlar Qərb mətbuatında sanksiyalara baxmayaraq Rusiyaya hərbi və digər məhsulların göndərilməsi hallarından yazılır. Cümə günü yayılan belə məlumatlardan birində Qazaxıstan vasitəsilə Rusiyaya çatdırılan və sonradan Ukraynadakı müharibədə istifadə edilən sxemlərdən söz açılır.
Buna da bax: Aİ də Ermənistandan Rusiyaya ixracın artmasını şübhəli sayırMəqalədə Qazaxıstanda qeydiyyatdan keçmiş şirkətlərin adları çəkilir, onların vasitəsilə Rusiyaya milyonlarla dollar dəyərində pilotsuz təyyarələr və elektron komponentlər gətirildiyi vurğulanır.
ABŞ-ın Ermənistan üzərindən Rusiyaya qadağan olunmuş malların daşınması ilə bağlı xəbərdarlıqlarından sonra, Avropa İttifaqı (Aİ) da Rusiyaya ixracın əhəmiyyətli dərəcədə artmasının şübhəli olduğunu bildirir.
"Fərdi sistemlərdəki boşluqlar sayəsində sanksiyalardan yan keçmək istəyənlər bunu edə bilər, ticarət vasitəsilə sanksiyalardan yayınmağın müəyyən yolları var", – Aİ-nin iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni (Paolo Gentiloni) mayın 19-da deyib.
Komissar qeyd edib ki, bir sıra ölkələrə və bu ölkələrdən də Rusiyaya edilən ixracda ciddi artım var. O, Qazaxıstan və Qırğızıstanla yanaşı, Ermənistanın da adını çəkib.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib. Hələ də davam edən müharibəyə görə Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbi edilib və edilməkdədir.