Vaşinqton: Rusiyanın hərbi müəssisələrində mikroelektronika tükənir

Rusyanın silah sınağı, arxiv foto

Rusiyanın hərbi müəssisələri Ukraynadakı əməliyyatlarda lazım olan “kritik” silahların istehsalı ilə bağlı ciddi problemlərlərlə üzləşib.

"Alman Dalğası"nın yazdığına görə, bunu Amerika Birləşmiş Ştatları (ABŞ) maliyyə nazirinin müavini Uolli Adeymo deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Hökumət keçmiş icra başçısını Polşada niyə tutdurub: 'Kremlin sifarişidir'

Onun sözlərinə görə, Rusiyanın hərbi sənayesininin belə bir çətinliklə üzləşməsinə səbəb mikroelektronikaya çıxışdan məhrum edən beynəlxalq sanksiyaların tətbiqidir:

“Rusiyada hərbi-sənaye kompleksi üçün vacib olan mikroelektronika tükənir və Rusiya rəsmiləri onların kifayət qədər xarici komponentlərə malik olmamasından narahatdırlar”.

ABŞ rəsminin iddiasına görə, artıq Rusiyanın ən böyük mikroelektronika istehsalçılarından ikisi istehsalı müvəqqəti dayandırıb. Amma məlumatda həmin şirkətlərin adları açıqlanmır.

Bundan əlavə, məlumatda müharibə başlayandan bəri Rusiya ordusunun 6 min texnika itirdiyi qeyd edilir və həm də əlavə edilir ki, silah-sursat yeri doldurulmazdan daha tez tükənir.

Buna da bax: İranda qadına qarşı ədəbsiz hərəkətin videosu hiddət doğurub

Bu, “The New York Times” qəzetinin Ağ Evin məxfilikdən çıxarılan hesabatından əldə etdiyi məlumatlardır.

Sənəddə həmçinin deyilir ki, Rusiya hələ may ayında texnika və silah çatışmazlığı yaşamağa başlayıb, eyni zamanda digər dövlətlərin müdafiə sifarişlərinin yerinə yetirilməsi ilə bağlı problemlər yaranıb.

Söhbət təkcə yüksək texnologiyalı komponentlərdən deyil, həm də sadə detallardan gedir. Hesabatda bu səbəbdən də tank, təyyarə və digər avadanlıqların təmirinin çətinləşdiyi vurğulanır.

Buna da bax: Putinin Ukrayna planları yumşalıb?

Bundan əvvəl Britaniya kəşfiyyatı da Rusiyada sursat çatışmazlığı barədə məlumat verib.

Britaniya kəşfiyyat xidmətinin rəhbəri BBC-yə müsahibəsində deyib ki, məhz bu səbəbdən Rusiya məhbusları və hərbi təcrübəsi olmayan insanları müharibəyə səfərbər etmək məcburiyyətində qalıb.

Rusiya 2022-ci il fevralın 24-də Ukrayna hücum edib.