Rusiyanın səfiri ABŞ-a qayıb, ABŞ-ın səfiri də Rusiyaya qayıdacaq

Anatoli Antonov

Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov bazar günü səhər yenidən Moskvadan Nyu-Yorka uçub.

Mart ayında Moskva ABŞ-dakı səfirini məsləhətləşmələr üçün səfiri geri çağırmışdı. - Bu ABŞ prezidenti Co Baydenin bir televiziya müsahibəsində Rusiya prezidenti Vladimir Putinin "qatil" olması ilə bağlı jurnalistin fikiri ilə razılaşdığını bildirmişdi.

Con Sullivan, Moskva, 15 iyun 2020

Aprel ayında Rusiya səlahiyyətlilərinin bir sıra israrlı tövsiyələrindən sonra ABŞ səfiri Con Sullivan da öz ölkəsinə dönüb və o gedərkən bir-neçə həftədən sonra geri dönəcəyini vurğulayıb. Səfirlərin geri qaytarılması ilə bağlı razılaşma iyunun 16-da Cenevrədə Putinlə Bayden arasında keçirilən görüşdə əldə edilib.

Antonov bazar ertəsi günü Vaşinqtonda işə başlayacaq.

RİA Novosti-yə nikbin olduğunu və ABŞ ilə "bərabər və praqmatik" münasibətlərin qurulmasına kömək etmək istədiyini söyləyib.

Amerika səfiri isə gələn həftə Moskvaya qayıdır. İki ölkə arasındakı münasibətlər Soyuq Müharibədən bəri ən aşağı nöqtələrdən birində olmağa davam edir. Səfirlərin geri dönməsinə baxmayaraq, diplomatik nümayəndəliklərin işinə son zamanlarda tətbiq edilmiş bütün məhdudiyyətlər, o cümlədən Rusiya hakimiyyət orqanlarının ABŞ-ı "dost olmayan dövlətlər" siyahısına daxil etməsi qərarı da qüvvədə qalır.

Cenevrədəki zirvədə prezidentlər strateji sabitlik və kiber təhlükəsizlik mövzusunda bir dialoqa başlamaq barədə razılığa gəliblər, lakin bunun praktikada necə görünəcəyi hələ aydın deyil.