Keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili deyir ki, Ukrayna hakimiyyəti onu Polşaya deportasiya etmək istəyir.
O bunu, fevralın 10-da Gürcüstanın “Rustavi 2” televiziya kanalı ilə yayımlanan müsahibəsində deyib.
Saakshvili qeyd edib ki, Ukraynanın immiqrasiya xidməti onun Polşaya deportasiya edilməsi ilə bağlı artıq sənədlər hazırlayıb.
O bir daha bildirib ki, indiki Ukrayna hakimiyyətinin getməsi üçün mübarizəni davam etdirəcək.
Qeyd edək ki, Saakashvili həm də Ukraynanın Odessa vilayətinin keçmş qubernatorudur.
O bu vəzifədən istefa verdikdən sonra Ukraynada “Yeni qüvvələr hərəkatı” adlı siyasi partiya yaradaraq hakimiyyətə qarşı müxalifətə keçib.
Saakashvili Ukrayna prezidenti Petro Poroshenko və onun yaxın ətrafını korrupsiyada ittiham edir.
*** Buna da bax: Məhkəmə Saakaşviliyə ‘kommendant saatı’ qoydu (VIDEO)
XATIRLATMA
Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.
O, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və Ukrayna prezidenti Petro Poroshenko-nun xahişiylə Odessanın qubernatoru olub.
*** Buna da bax: Saakashvili yenidən Kiyevin mərkəzində etiraz aksiyasına çıxdı
2016-cı ilin noyabrında hakimiyyəti korrupsiyada günahlandıraraq bu vəzifədən istefa verib. O vaxtdan Poroshenko-nun rəqibinə çevrilib.
50 yaşlı siyasətçiyə Gürcüstanda da cinayət işləri açılıb. Yanvarın 5-də Tbilisi məhkəməsi onu hakimiyyətdən sui-istifadədə təqsirli bilərək 3 illik həbsə məhkum edib.
Saakashvili ittihamları rədd edir, onları siyasi motivli sayır.